Culfa rayonunda ailə təsərrüfatlarının sayı artır
Tarix: 06.09.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Aparılan məqsədyönlü tədbirlər nəticəsində cari ildə Culfa rayonunda ailə təsərrüfatlarının sayı 150-yə çatmaqdadır. Keçirilən festivallarda rayonda ailə təsərrüfatları tərəfindən istehsal edilən məhsullar yüksək səviyyədə nümayiş olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Culfa rayonunun Ərəfsə kəndində rayonda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinin iştirakı ilə seminar-müşavirədə səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının aparıcı məsləhətçisi Rauf Kazımov çıxış edərək bildirib ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin inkişafına dövlət qayğısının növbəti təzahürüdür. Culfa rayonunda da ailə təsərrüfatlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən hərtərəfli və davamlı dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatı üzvləri kənd təsərrüfatının bütün sahələri ilə məşğul olmaqla, daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatına öz töhfələrini verirlər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Əli Şərifov və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Loğman Bayramov çıxış ediblər. Çıxışlarda ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvə-tərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılmasından bəhs olunub.
Ailə təsərrüfatları sahiblərinə Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti barədə də məlumat verilib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info