Şəhidlik İslam dinində ən yüksək zirvədə dayanır
Tarix: 06.09.2019 | Saat: 18:33:00 | E-mail | Çapa göndər



Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən hərbi hissə komandiri Zəfər Əliyev Komitənin hərbi hissələrdə vətənpərvərlik mövzusunda təşkil etdiyi maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib. Zəfər Əliyev müstəqilliyə gedən yolda çoxlu sayda şəhid və qazilərimizin olduğunu və şəhidliyin İslam dinində ən yüksək zirvədə olduğunu qeyd edib. Hərbi hissə komandiri Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üç rəngli bayrağına olan sevgisindən danışıb, hər zaman döyüş əzmində olduqlarını və Ali Baş Komandanın irəli əmrini gözlədiklərini bildirib.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev hər bir xalqın gələcəyə olan ümidlərinin gənclər olduğunu və buna görə də gənclərin vətənpərvər ruhda yetişdirilməsinin ölkə üçün vacibliyini bildirib. Natiq Əfəndiyev vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, aparılan mübarizədə inam hissini gücləndirdiyini vurğulayıb. Natiq Əfəndiyev çıxışında dini radikalizmdən danışaraq qeyd edib ki, dini radikalizmin yaranmasının əsas səbəbi dini məsələlərə siyasi don geydirilməsi və dini bilikləri az olan insanlara təsir etməklə onların öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasıdır. Şöbə müdiri hər bir şəxsin sərbəst şəkildə ibadət etmək, dini ayinləri icra etmək hüquqlarının olduğunu, ancaq bu hüquqlardan sui-istifadəyə qanunla yol verilmədiyini vurğulayaraq gəncləri radikal dini təsirlərdən uzaq durmağa səsləyib.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan xalqının tarix boyu başına gətirilən müsibətlərdən danışıb, müstəqilliyə gedən yolda ağır itkilər verdiyimizi, ancaq heç zaman mübarizə ruhumuzu itirmədiyimizi diqqətə çatdırıb.
Sonda əsgərlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info