Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iclası keçirilir
Tarix: 07.09.2019 | Saat: 10:43:00 | E-mail | Çapa göndər



Sentyabrın 7-də Bakıda "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platforma təşkil edir. Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.
Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info