Terrorizmin aradan qaldırılması İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələdir
Tarix: 07.09.2019 | Saat: 12:08:00 | E-mail | Çapa göndər


Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil. Lakin təəssüf ki, terrorizmin Asiya qitəsində insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Əminəm ki, İCCAP bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxış edərkən deyib.
Ə.Əhmədov vurğulayıb ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən bu konfrans əhəmiyyətli platformadır.

Baş nazirin müavini bildirib ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil: “Asiya dünyanın iqtisadiyyatına, inkişafına böyük töhfələr verir, gələcək inkişaf nöqteyi-nəzərindən böyük potensial olaraq özünü təqdim edir.
Asiya bir çox təzadlarla müşahidə olunan regiondur. Bir yandan yüksək inkişaf getdiyi yerdə, digər tərəfdən inkişafın geridə qaldığını göstərən hallar da narahatlıq yaradan dərəcədə özünü büruzə verir. Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdən yoxsulluq mövcuddur. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir”.
Ə.Əhmədov vurğulayıb ki, Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, ölkələri narahat edən problemlər üzərində diskussiyalar aparmaqla regionun gələcək inkişafı ilə bağlı layihələrin hazırlanması məsələsində konfransın üzərinə böyük iş düşür: “Xüsusilə də gənclər və qadınlarla bağlı problemi ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı onun tərkibində gənc insanların xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da İCAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.
Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində İCAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin inkişaf etdirilməsi, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsidir. Bir yandan iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən bölgədə müşahidə olunan böyük fərqlə geridə qalma İCAPP-ı düşündürən, diskussiyaya səbəb olan məsələlərdən biridir.
Bizi narahat edən, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması da yəqin ki, İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdəndir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info