Məhərrəmlik mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır
Tarix: 07.09.2019 | Saat: 13:40:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Məhərrəm ayı ilə bağlı monitorinqlər həyata keçirir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı bildirib ki, monitorinqlərə əsasən məscidlərdə Məhərrəm ayı ilə bağlı keçirilən mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır: “Monitorinqin əsas məqsədi odur ki, bu mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi, hər hansı qanun pozuntusunun olub-olmadığı yoxlanılır. Bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənaraçıxma halları və yaxud qanun pozuntusu olarsa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar olunmasın. Hələ ki elə bir ciddi qanun pozuntusu aşkar etməmişik, fətvaya uyğun şəkildə mərasimlər keçirilir”.
Komitə sədri vurğulayıb ki, əsas mərasim Aşura günü olan mərasimdir: “Həmin gün Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi hərəkətlərə yol verilir. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə qanvermə aksiyaları keçirilir".
M.Qurbanlı əlavə edib ki, eyni zamanda respublika üzrə qanvermə keçiriləcək yerlərin siyahısı artıq elan edilib: “Səhiyyə Nazirliyi bununla bağlı müvafiq göstərişlər verib, qruplar ayrılıb. Həmin aksiyalarda vətəndaşlarımızın iştirak etməsi olduqca əhəmiyyətlidir.
Əminəm ki, qan verənlərin sayı kifayət qədər yüksək olacaq. Ötən il 5000-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Bunun müsbət tərəfi hamıya məlumdur, çünki qana ehtiyacı olan xəstələr var. Verilən qanlar tibbi nöqteyi-nəzərdən yoxlanıldıqdan sonra Qan Bankına daxil edilir".




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info