Gələn həftə gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılır
Tarix: 07.09.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən start verilib.
Mövsüm qabağı əhalinin şumaltı gübrələrə olan tələbatının təmin olunması ilə əlaqədar, ilk səyyar satış sentyabr ayının 10-da Şəmkir rayonun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Qeydə edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2019-cu il aprel ayına kimi azot gübrəsinin mövsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info