Ərdoğan qaçqın mәsәlәsini qiymәtlәndirib
Tarix: 08.09.2019 | Saat: 15:14:00 | E-mail | Çapa göndər



Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada yaradılacaq tәhlükәsiz bölgәyә azı 1 milyon insan yerlәşdirilәcәk.

Rәcәb Tayyib Ərdoğan Eskişehir vilayətində hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə keçirilən tədbirdə çıxış edib.
‘‘Hazırda gündәmimizdә Fәrat çayının şәrqı var. Bu mәsәlәni dә bir neçә hәftәyә mütlәq hәll etmiş olacağıq’’,-deyә Türkiyә prezidenti vurğulayıb.
Sentyabrın 21-22-dәn sonra Amerika Birləşmiş Ştatlarına sәfәr edәcәyini vә Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak edəcəyini bildirən Ərdoğan burada ABŞ prezidenti Donald Trampla görüşәcәyini və Fəratın şərqində atılacaq addımları müzakirә edәcәklәrini vurğulayıb.
Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Türkiyә indiyәdәk qaçqınlara tәxminәn 40 milyard dollar xәrclәdi. Avropa İttifaqı Türkiyәyә bu mәsәlәdә yalnız 3 milyard dollar dәstәk verdi.Bu mövzunu yalnız bizmi düşünәcәyik? 350 min suriyalını yaratdığımız tәhlükәsiz bölgәyә yerlәşdirdik. Bu mәsәlәni bәrabәr hәll edәk desәk dә, bunu etmәdilәr. Biz bu addımı atmaq mәcburiyyәtindәyik. Tәhlükәsiz bölgә yaradıldıqda azı bir milyon suriyalı bu bölgәyә yerlәşdirilәcәk’’.
Diyarbəkirdə separatçı terror təşkilatı PKK-nın oğurladığı gənclərin analarının keçirdiyi etiraz aksiyasına da toxunan Ərdoğan bildirib ki, analar övladlarını separatçı terror tәşkilatından xilas etmәk üçün dastana bәnzәr mübarizә aparırlar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
Tramp Jonsonun İranla yeni müqavilə təklifini alqışlayır
24.09.2019
Türkiyədə 30 mindən çox şəxs güc strukturlarından çıxarılıb
24.09.2019
Türkiyə ilə Aİ arasında imzalanan köçlə əlaqədar razılaşmasının nəticələri
24.09.2019
“Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var“
23.09.2019
“Müharibəyə başlayan tərəf biz olmayacağıq“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info