Voleybol üzrə Serbiya millisi ikinci dəfə Avropa çempionu adını qazanıb
Tarix: 09.09.2019 | Saat: 02:02:00 | E-mail | Çapa göndər



Sentyabrın 8-də Serbiya milli komandası Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa Çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, çempionluq uğurnda Ankarada təşkil olunan final oyununda Serbiya millisi Türkiyə yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda serbiyalı voleybolçular 3:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə qitənin ən güclüsü adını qazanıblar.
Bürünc medal uğrunda görüşdə isə İtaliya millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.

Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Serbiya millisi ilk çempionluğunu 2011-ci ildə qazanıb. Serbiya və İtaliyanın birgə ev sahibliyi etdiyi qitə birinciliyinin finalında meydan sahibləri Almaniya seçməsini üstəliyiblər. İki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında da qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir
19.09.2019
PSJ “Real“ı uddu, “Mançester Siti“ və “Bavariya“dan böyükhesablı qələbə
18.09.2019
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18.09.2019
Moskvada keçirilən turnirində “ASCO-Dənizçi” II yeri tutub
18.09.2019
Arpaçay Karate Klubu təlim-məşq toplantısı keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info