Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın dövlət müstəqilliyinin ildönümü qeyd olunub
Tarix: 09.09.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın Dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Səfirliyinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, qardaş ölkənin ictimaiyyət nümayəndələri, elm, mədəniyyət xadimləri, müəllim və tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər. Öncə qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzin foyesində təşkil olunan “İstiqlaliyyətinin 28-ci ili mübarək Özbəkistan” adlı sərgi ilə tanış olublar.
Sərgidə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəssamlıq ixtisası üzrə tələbələri tərəfindən çəkilmiş rəsmlər sərgilənib.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb, Azərbaycan-Özbəkistan dostluğuna, habelə Özbəkistanın əldə etdiyi nailiyyətlərə dair xüsusi videomaterial nümayiş etdirilib.
Giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibəti ilə Özbəkistan xalqını təbrik edib, ölkələrimiz arasındakı əlaqələrin milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olduğunu qeyd edib, strateji tərəfdaşlıq səviyyəsinə çatan Azərbaycan-Özbəkistan əlaqələri, müstəqilliyin xalqlarımız üçün faydası haqqında danışıb.
Tədbirdə çıxış edən “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistanın dövlət müstəqilliyinin Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunmasının xüsusi önəmi olduğunu, bunun bir daha dostluğumuzun, qardaşlığımızın göstəricisi olduğunu söylədi. Erkin Nuriddinov Özbəkistanın müstəqillikdən sonra əldə etdiyi nailiyyətlər, dünya siyasətində qazandığı uğurlar haqqında danışaraq, Azərbaycan tərəfinə təşkil olunan tədbirə görə xüsusi təşəkkürünü bildirib və iki qardaş ölkənin arasında mövcud olan əməkdaşlığın daha da inkişafından məmnunluğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin tələbələrinin Vətən mövzusunda şeir kompozisiyası, Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı, Özbəkistanın dünya şöhrətli “Özbək gəncləri” musiqi ansamblı hər iki xalqın rəqsləri, musiqilərini ifa ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info