“British Airways”də iki günlük tətil başlayıb: 1500 reys ləğv edilib
Tarix: 09.09.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“British Airways” aviaşirkətində iki günlük tətil başlayıb. AZƏRTAC “Daily Telegraph” nəşrinə istinadla xəbər verir ki, şirkət əməkdaşlarının işi dayandırması nəticəsində 1500 aviareys ləğv edilib. Qəzetin xəbərində deyilir ki, tətil nəticəsində 280 min sərnişin uçuşdan imtina etməli olacaq, aviaşirkətin zərəri isə 98 milyon dolları keçəcək. Bu, Britaniyanın iri aviaşirkətinin tarixində ən böyük tətildir. Qeyd olunur ki, aviaşirkətlə Britaniya Aviaşirkətləri Pilotları Assosiasiyası (BALPA) arasında “British Airways”in pilotların maaşının 11,5 faiz artırılması ilə bağlı sonuncunun təklifini rədd etməsindən sonra münaqişə yaranıb. Aviaşirkətdən bildiriblər ki, BALPA neçə nəfərin tətildə iştirak edəcəyi barədə dəqiq informasiya təqdim etməyib və bu səbəbdə hansı aviareyslərin təxirə salınacağı müəyyən edilməyib. Son nəticədə onların hamısını ləğv etmək qərara alınıb. Bundan sonra “British Airways” aviaşirkəti sərnişinlərə bilet pullarını geri qaytarmaq, başqa tarixə bilet bronlamaq və ya digər şirkətin xidmətlərindən istifadə etməyi təklif edib. Şirkətdən narahatlığa görə onlardan üzr də istəyiblər. Bundan əvvəl “British Airways” aviaşirkətinin maaşlardan narazı olan pilotları 9, 10 və 27 sentyabr tarixlərində tətil keçirəcəklərini bəyan ediblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
Tramp Jonsonun İranla yeni müqavilə təklifini alqışlayır
24.09.2019
Türkiyədə 30 mindən çox şəxs güc strukturlarından çıxarılıb
24.09.2019
Türkiyə ilə Aİ arasında imzalanan köçlə əlaqədar razılaşmasının nəticələri
24.09.2019
“Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var“
23.09.2019
“Müharibəyə başlayan tərəf biz olmayacağıq“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info