Avropa İttifaqı miqrant böhranını həll etmək üçün Türkiyəyə 5,6 milyard avro ayırıb
Tarix: 09.09.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) miqrant böhranını həll etmək üçün nəzərdə tutulan 6 milyard avronun 5,6 milyardını artıq Türkiyəyə təqdim edib. BBC telekanalının saytı xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib. O əlavə edib ki, qalan məbləğ bu yaxınlarda Ankaraya veriləcək. Avropa Komissiyasının nümayəndəsi növbəti dəfə bəyan edib ki, Brüssel 2016-cı ilin martında keçirilən sammitdə imzalanmış Aİ-Türkiyə razılaşmasının şərtlərinə sadiqdir. O deyib: “Biz sazişin həyata keçirilməsinə sadiqik və türkiyəli tərəfdaşlarımızdan da bunu gözləyirik”. Xatırladaq ki, 2016-cı ilin 17-18 martında keçirlən sammitdə Brüssel və Ankara miqrasiya axınının qarşısının alınması tədbirlərini müəyyənləşdiriblər. Aİ bu sammitdə Türkiyəyə 6 milyard avro vəsait ayrılması, bu ölkə ilə vizasız rejimin tədbiqi və gələcəkdə Türkiyənin Aİ-nin üzvlüyünə qəbul olunması prosesini sürətləndirməyi öz öhdəsinə götürüb. Bundan başqa, Aİ Türkiyə Miqrasiya Xidmətinin yoxladığı və bütün sənədlərinin qaydasında olduğu qaçqınların qəbul edilməsini də həyata keçirməlidir. Lakin həmin vaxtdan Brüssel pul köçürülməsi istisna olmaqla qalan şərtlərin heç birinə əməl etməyib. Bu səbəbdən Ankara sazişdən imtina edəcəyini bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info