Bələdiyyə ödənişləri “Hökumət Ödəniş Portalı”nda
Tarix: 09.09.2019 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergiödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq. Bununla da ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək. Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edimiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətinin formalaşdırılması istiqamətində bir çox mühüm tapşırıqlar verilib. Azərbaycan Mərkəzi Bankı tərəfindən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadənin təmin olunması, ölkənin bütün regionlarında elektron ödəniş xidmətlərinə çıxış imkanlarının yaradılması və innovativ ödəniş həllərinin tətbiq edilməsi ilə nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının inkişaf etdirilməsi ölkədə nağdsız ödənişlərin genişləndirilməsi üzrə görülən işlər içərisində xüsusi əhəmiyyətə malikdir. Bu infrastruktura 12 mərkəzi icra hakimiyyəti orqanı (Ədliyyə, Maliyyə, Vergilər, İqtisadiyyat, Fövqəladə Hallar, Təhsil, Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi), 4 kommunal xidməti müəssisəsi (“Azərsu” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İB), 5 stasionar və mobil rabitə operatoru (“Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azercell Telekom” MMC, “Azerfon” MMC, “Bakcell” MMC), Elektron Lisenziyalar Portalı, “Elektron Məhkəmə” portalı üzərindən 104 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsilə 14 sığorta şirkəti, Bakı Nəqliyyat Agentliyi, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət İmtahan Mərkəzi, ali təhsil müəssisələri (Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Rəssamlıq Akademiyası, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti) və Milli Sertifikat Xidmətləri Mərkəzi inteqrasiya olunub. Hazırda HÖP-ə inteqrasiya olunmuş qeyd olunan qurumlar üzrə ümumilikdə 550-dan çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və sair) üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması təmin olunur.
Portalın infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi ilə şəhər, kənd və qəsəbə bələdiyyə assosasiayaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergiödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergiödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək.
Sentyabrın 6-dan yerli (bələdiyyə) vergi və ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-dək ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (“Android” və “IOS” platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər. Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info