ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman klubuna yeni qayıqlar alınıb
Tarix: 09.09.2019 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman klubununun potensialı “Optimist” sinifi üzrə 7 yeni qayıqla zənginləşib.
ASCO-dan verilən məlumata görə, Polşanın “New Blue” şirkətinin istehsalı olan qayıqlar beynəlxalq standartlara cavab verir. Bu tip qayıqlardan beynəlxalq yarış və reqatalarda da istifadə olunur.
“Xəzər” Yelkənli Qayıqlar İdman klubununun idmançıları yeni qayıqları sınaqdan da keçiriblər. Klubun “Optimist” sinifində yarışan dörd yelkənçisi bu yaxınlarda baş tutacaq Azərbaycan Yelkənli İdman Federasiyasının “Federasiya kuboku” na məhz yeni qayıqlarla yollanacaqlar.
Məlumat üçün bildirək ki, 2014-cü ildə yaradılan “Xəzər” Yelkənli Qayıqlar İdman klubu ASCO-nun tərkibində fəaliyyət göstərir. Klubun idmançıları müxtəlif yerli və beynəlxalq yarışların qalibi olublar. Hazırda klubda 3 məşqçi “Laser” sinifi üzrə 12, “Optimist” sinifi üzrə isə 4 idmançı hazırlayır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir
19.09.2019
PSJ “Real“ı uddu, “Mançester Siti“ və “Bavariya“dan böyükhesablı qələbə
18.09.2019
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18.09.2019
Moskvada keçirilən turnirində “ASCO-Dənizçi” II yeri tutub
18.09.2019
Arpaçay Karate Klubu təlim-məşq toplantısı keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info