Anar Bağırov: Şirvanda və Şəkidə regional vəkil büroları açılacaq
Tarix: 09.09.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı tarixi sənədlər nəticəsində son dövrlər Azərbaycan vəkilliyi müasirləşir, yeniləşir, təşkilatlanır. İki il əvvəl ölkədə vəkil qurumlarının sayı 30-dan bir az çox idisə, bu gün onların sayı 80-dən çoxdur. Vəkillərin sayı isə iki əvvəl 900 nəfər idisə, artıq 1500-dən çoxdur.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AZƏRTAC-a müsahibəsində deyib.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyasında mövcud olan cari problemlər artıq aradan qalxıb. Qısa zaman ərzində hüquqi məsləhətə ehtiyacı olan şəxslərə, eləcə də aztəminatlı ailələrə keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün regionlarda da vəkil qurumları yaradılıb. Məlum olduğu kimi, bu ilin mayında Sumqayıt Regional Vəkil Bürosunun açılışı oldu və istifadəyə verildi. Eyni zamanda, bu yaxınlarda Şirvanda, sonra Şəkidə regional vəkil qurumlarının açılışı olacaq. Bütün bu işlər Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində həyata keçirilir. Bu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu deyən sədr qeyd edib ki, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə vəkillik təsis olunub. İyirmi il əvvəl isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş yeni “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Azərbaycanda ilk dəfə olaraq vəkillik müstəqil təsisata çevrilib. Yəni, tamamilə müstəqil, özünü idarə edən bir quruma çevrilib. Bundan başqa, 15 il əvvəl - 2004-cü ildə yeni qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib. “Son illər Vəkillər Kollegiyası institusional səviyyədə güclənib, ictimaiyyət arasında və beynəlxalq səviyyədə nüfuzlu quruma çevrilə bilib. Vəkillər Kollegiyası nəinki ölkə daxilində, eləcədə beynəlxalq aləmdə artıq tanınır. Biz beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edirik. Yaxşı münasibətlərimiz var. Azərbaycan vəkilliyinin hörməti, nüfuzu həm ölkədə, həmdə beynəlxalq aləmdə qalxmaqdadır və bu tendensiya davam edəcək”, - deyə Kollegiya sədri vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info