Erməni hüquq müdafiəçiləri xarici vəsaitlər hesabına yaşayırlar
Tarix: 09.09.2019 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Onların çoxu Corc Sorosun qanadları altına sığınıblar


Ermənistanda hakimiyyət dəyişikliyi ilə yekunlaşan «məxməri inqilab»dan sonra ölkədəki huquq müdafiəçiləri yalnız bir dəfə öz varlıqlarını nümayiş etdirmək istədilər. Onlar tanınmış bir həkim oğlunu qətlə yetirərək, ömürlük məhkum edilmiş bir qatilin azad edilməsini tələb etməyə qalxsalar da məhkumun həyat yoldaşının işlədiyi Soros Fondu tərəfindən maliyyələşdirilən bu aksiya dayandırıldı. Elə həmin vaxt bir çox erməni mütəxəssisləri məhkəmə islahatı adı altında ölkədə «korrupsiyaya qarşı mübarizə» aparan səlahiyyətlilərin artıq korrupsiyaya bulaşması barədə məyus proqnozlar verməyə başladılar.
Ermənilərin «Qolos Armenii» saytının iddiasına görə, cəmiyyətdəki son yaşantılara rəğmən, yəni özünü hüquq müdafiəçisi kimi təqdim edənlərin baş verənlərə susqunluq nümayiş etdirmələri, əslində onların yoxluğundan xəbər verirdi. Yəni Ermənistanda özünü hüquq müdafiəçisi kimi qələmə verənlərin bir çoxunun artıq Corc Sorosun «beşinci kolonu»nun qanadı altına sığındıqlarını ortaya qoyurdu.
Maraqlıdır ki, bu yaxınlarda Ermənistanda siyasi məhbusların olmadığını iddia edən parlamentin vitse-spikeri Alen Simonyana hüquq müdafiəçilərindən elə də güclü bir təpki gəlmədi. Sadəcə hələ ki, korrupsiyaya bulaşmayan bəzi hüquq müdafiəçiləri ona ölkədəki bir çox siyasi məhbusun adını xatırlatmaqla kifəyətləndilər. Əslində, buradakı məntiq onların Paşinyan rejimindən qorxmaları kimi dəyərləndirilməlidir.
Ermənistanda siyasi məhbuslarla yanaşı, azadlıqda gəzən «siyasi azad olunmuşlar»ın da mövcudluğu barədə yazan sayt nümunə kimi «Sasna tsrer» üzvlərini gösğtərir: «Nikol hakimiyyətə gələndən sonra ölkədə silahlı hücumla dövlət obyektini ələ keçirib oradakı girovlara əzab verən «Sasna tsrer» qruplaşması üzvlərini, təəccüblü də olsa, bağışladı».
Saytın yazdığına görə, vaxtilə çoxlarının gözü qarşısında qanlı olay həyata keçirmiş həmin qruplaşmanın üzvləri indi əhali arasında sərbəst gəzirlər. O da maraqlıdır ki, vaxtilə «başkəsən» kimi təqdim edilən qrup üzvlərinə qarşı əvvəllər tətbiq edilən qətimkan tədbirləri dəyişdirilib.
Erməni saytı ölkədəki hüquq müdafiəçilərinin bunları görmədiklərinə də təəccüb edir. Ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın siyasi təqiblərə məruz qalması Ermənitandan başqa, ölkənin hüdudlarından kənarda da məlum olduğuna baxmayaraq, erməni hüquq müdafiəçilərinin buna biganəliyi də sayt tərəfdən birtərəfli qarşılanmır. Saytın iddiasına görə, erməni siyasi hüquq müdafiəçiləri məhz Corc Soros və Nikol Paşinyanla eyni siyasi komandada olduqlarına görə susurlar: «Çünki erməni hüquq müdafiəçilərinin böyük hissəsi bu gün ölkə həyatında baş verən əksər hadisələrə o qədər də maraq göstərməyən Soros və digər fondlar tərəfindən maliyyələşdirilir. Belə ki, bu fondların Ermənistanda həyata keçirmək istədikləri vəzifələr fərqlidir. Məhz bu mənada onlar üçün ölkədəki insan hüquqları sadəcə bir örtükdür. Özlərini insan haqları müdafiəçisi adlandıran və xarici pullarla mövcud olmağa davam edən yerli təşkilatların davranışı isə sadəcə olaraq, «beşinci kolon»un davranışıdır».
Sayt daha sonra yazır: «Budur, artıq il yarımdır ki, yeni hökumət erməni cəmiyyətini «qara» və «ağ»lara bölməklə, onların hüquqlarını pozur. Əslində, ölkə səlahiyyətliləri kollegial bir orqan olaraq mövcud deyillər. Bu gün Ermənistanda yalnız bir şəxs söz sahibidir. Belə ki, hazırda ölkədə kimin asılacağı, kimin işdən və ya dolanışıqdan məhrum ediləcəyi barədə hökmü yalnız Paşinyan verə bilər. Məhz bu mənada, ölkədə «hüquq müdafiəçilərinin mövcudluğu», nəzərdə tutulan məqsədə xidmət etməməsi səbəbindən, artıq hiss olunmur. Ölkədəki «beşinci kolon» isə öz siyasi gündəliyini xarici pullarla parlament və hökumət səviyyəsində həyata keçirir. Etiraf edilməlidir ki, hazırda ölkədəki insan hüquqlarının işinə uyğun olmayan bu «kolon» yalnız Nikolun əli ilə öz siyasətini həyata keçirir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info