Paytaxtda daha 2 marşrut xətti birləşdirilib
Tarix: 09.09.2019 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xətti birləşdirilib. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətlərinin birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək. Marşrutun birləşdirilməsinin müsbət tərəfi Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, “Neftçilər” metro stansiyası və 8-ci kilometr bazarı istiqamətinə gediş-gəlişinin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24,5 kilometr məsafədə təkrarlamasının aradan qaldırılması, marşrutun fəaliyyətində idarə etmənin asanlaşması, kiçik tutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənməsidir. Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda edilən avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan “Alo141” Çağrı mərkəzinə mütəmadi şəkildə müraciətlər daxil olmaqda idi. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə gətirib çıxarırdı.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Muxtar respublikada 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info