Türk həkimi xərçəngin müalisəcində yeni üsul kəşf edib
Tarix: 10.09.2019 | Saat: 01:36:00 | E-mail | Çapa göndər



Almaniyanın Köln şəhərində yaşayan Türk həkim Yadigar Gənc tədqiqat qrupu ilə birlikdə xərçəng xəstəliyinə qarşı immunoterapiya üsulu ilə yeni bir müalicə texnikası kəşf etdi.

"Immun-Onkologisches" mərkəzindəki (IOZK) tədqiqat qrupu daxilində fəaliyyət göstərən Yadigar Gənc fərdə istiqamətlənmiş müalicə üsulu ilə xərçənglə mübarizədə müvəffəqiyyət nisbətini əhəmiyyətli dərəcədə artırdıqlarını bildirdi.
Gənc Avropa dərmanların keyfiyyətinə nəzarət şöbəsinin icazə verdiyi üculla xərçəngin müalicəsində xəstəyə xüsusi terapiya tətbiq etdiklərini söylədi.
Xəstənin öz qanından istehsal etdikləri "mübarizə hüceyrələri"ni laboratoriya şəraitində həssas hala gətirib onlara müəyyən xərçəng proteinləri yükləyərək, eyni zamanda onkolitik viruslardan da istifadə edərək xəstəyə peyvənd şəklində vurduklarını bildirən Gənc: "Bu üsul hədəf istiqamətli olduğu və yan təsirlərinin az olması səbəbindən son zamanlar xərçəng xəstəliklərinin müalicəsində effektivliyi ilə seçilir və nüfuzlu həkimlər tərəfindən qəbul edilir" dedi.
Yadigar Gənc xəstəliyin erkən diaqnozu zamanı yeni müalizə metodunun nəticələrinin daha uğurlu olduğunu vurğuladı.
"Immun-Onkologisches" mərkəzinin rəhbəri doktor Uilfred Stücker isə xəstənin immun sisteminin güclü olmasının xərçəng müalicəsində çox əhəmiyyətli olduğunu söylədi, müalicənin effektivliyinin immunitetin gücü ilə müsbət korrelyasiya təşkil etdiyini qeyd etdi.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Ankilozlaşdırıcı spondilit
16.09.2019
“Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
14.09.2019
Zəhərlənmisinizsə qatıq içməyin!
11.09.2019
Dərmanı su ilə için - yoxsa...
11.09.2019
Günorta yuxusu ürək xəstəliyi riskini azaldır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info