Prezident təqaüdçüsü: Bu humanist addım tələbələrin daha yaxşı oxumasına stimul verəcək
Tarix: 10.09.2019 | Saat: 13:00:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 9 sentyabr tarixli Sərəncamı təhsilə dövlət qayğısının daha bir təzahürüdür. Bu Sərəncam tələbələrin maddi çətinliklərinin aradan qaldırılması, onlarda elmə marağın yaradılması məqsədi daşıyır. Məncə, bu humanist addım tələbələrin daha yaxşı oxumasına stimul verəcək. Adımı Prezident təqaüdçülərinin siyahısında görəndə çox sevindim. Buna görə dövlətimizin başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm. Bu sözləri AZƏRTAC-a müsahibəsində 2019-2020–ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülmüş Ləman Ağazadə deyib. Ləman Ağazadə Azərbaycan Dillər Universitetini seçməsini universitetin geniş beynəlxalq əlaqələrə malik olması ilə izah edib. O, Koreya dili ixtisasını daha çox iş imkanları yaratdığı üçün seçdiyini bildirib. Ləmanın gələcək planlarına universitetdə bir neçə dili dərindən mənimsəyərək təhsilini xaricdə davam etdirmək, özünü sinxron tərcümə sahəsində peşəkar kadr kimi formalaşdırmaq, yazıçı, ssenarist kimi fəaliyyət göstərmək də daxildir. Qeyd edək ki, Bakı şəhəri 318 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirən Ləman Ağazadə qəbul imtahanlarında 672 bal toplayıb. Göstərdiyi nəticəyə uyğun olaraq o, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info