“Qolos Armenii”: ” Ermənistan hökuməti xalqı yalan statistik rəqəmlərlə aldadır”
Tarix: 10.09.2019 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


«Bu ilin yanvar-iyun aylarında keçən ilin eyni dövrü ilə müqayisədə real sektora daxil olan ümumi xarici investisiyalar axını 26 faiz artıb. Bununla yanaşı, birbaşa xarici investisiyaların axını da 20 faiz artıb». Ermənistan hökumətinin «Facebook» səhifəsində yer alan başqa bir məlumata görə, bu ilin birinci yarısında ümumi xarici investisiyalar axını 705 milyard dram təşkil edib. Halbuki ötən il, yəni 2018-ci ildə bu göstərici cəmi 558 milyard dram olmuşdu. Ermənistana birbaşa xarici investisiyaların axınında da ötən illə müqayisədə «tərəqqi» müşahidə edilməkdədir. Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında ölkəyə birbaşa xarici investisiyaların axını 152 milyard dram olub ki, bu da ötən il xeyli az, yəni 126 milyard dram təşkil etmişdi. Ermənilərin «Qolos Armenii» saytının yazdığına görə, «göründüyü kimi, ölkədəki inkişaf göz önündədir». Yəni Nikol erməni hakimiyyətində sükan arxasında oturandan sonra ölkədə tərəqqi var.


“Ölkədəki “tərəqqi” barədə rəqəmlər hökumətin «Facebook» səhifəsində yer alacaqsa, belə olan halda, Ermənistan Statistika Komitəsinin bu qədər işçi saxlamasına nə ehtiyac var?”

Qeyd edilməlidir ki, sayt Ermənistandakı «inkişafa» rəğmən, hökumətin bu rəqəmləri haradan götürüb yayımladığını söyləməkdə çətinlik çəkdiyini etiraf edir. Sayta görə, Ermənistan hökumətinin «Facebook» səhifəsindən fərqli olaraq, ölkənin Statistika Komitəsi 2019-cu ilin birinci yarısında birbaşa xarici investisiyaların xalis axınını 7 milyard 778 milyon dram kimi təqdim edib. Sual olunur, iki rəsmi təşkilatın təqdim etdiyi rəqəmlərdəki bu fərq nə ilə əlaqədardır: «Bəli, prinsipcə fərq səhvlə də bağlı ola bilər. Amma səhfin bu qədər fərqli olması, deməli, haradasa başqa nüanslardan xəbər verir».
Maraqlıdır, əslində bunu erməni saytı da sual kimi önə çəkir: xalqa sırıdılan bu yalan rəqəmlər niyə iki rəsmi təşkilat arasında razılaşdırılmadan mətbuata ötürülür. Axı, Paşinyanın verdiyi rəqəmlərdən fərqli olaraq, ölkənin Statistika Komitəsi tamam başqa rəqəmlər göstərir. Ölkənin icra hakimiyyətinin hansı məlumat mənbələrindən istifadə etdiyini sual kimi qoyan sayt yazır: «Bir çox əlamətlərə görə, hakimiyyətin həyat və fəaliyyətinin ölkədəki «sarı mətbuat» tərəfindən formalaşdığını nəzərə alsaq, bu orqanlara verilən məlumatların «qeyri-rəsmi, lakin etibarlı mənbələrdən» alındığını güman etmək olar. Amma qəribə də olsa, razılaşmalıyıq ki, rəsmi mənbələrə sahib olan hökumət alternativi olmayan vasitələrdən istifadə etməyə üstünlük verir».
..Hesabat dövründə Rusiya, ABŞ, BƏƏ, Fransa, Böyük Britaniya və Almaniyadan birbaşa xarici investisiyaların xalis axınının aşağı düşdüyünü erməni rəhbərliyinə xatırladan sayt bunun üçün onların narahatlıq keçirməməsinə təəssüflənir. Bütün bunlarla yanaşı, sayt yazdıqlarını etibarlı rəsmi mənbələrdən əldə etdiyini və bunu hər an sübut etməyə hazır olduğunu bildirir: «Əlbəttə, hökumətin xalqı sevindirməyə haqqı var. Lakin, xalqı yalan statistik rəqəmlərlə aldatmaq, əslində, gec də olsa, ölkə səlahiyyətlilərinin özlərini gülünc vəziyyətə qoya bilər. Axı niyə Ermənistan iqtisadiyyatının investisiya sektoru sahəsindəki mənfiliklər xalqa başqa şəkildə çatdırılmalıdır? Niyə xalq aldadılmalıdır? Ölkədəki «tərəqqi» barədə rəqəmlər hökumətin «Facebook» səhifəsində yer alacaqsa, belə olan halda, Ermənistan Statistika Komitəsinin bu qədər işçi saxlamasına nə ehtiyac var?».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“İnqilabdan sonra Ermənistandakı iqtisadi çətinliklər azalmayıb, əksinə, daha da şiddətlənib”
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info