“Mastercard” ən çox ziyarət olunan şəhərlərin siyahısını açıqlayıb
Tarix: 10.09.2019 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”) adlı hesabatını dərc edib. Hesabata əsasən dünya üzrə gecələmə şərti ilə səyahət edənlərin sayı 2009-cu illə müqayisədə 2018-ci ildə 79% artıb. Ən çox turist axını isə Asiya-Sakit Okean regionunadır.
“Global Destination Cities Index” 200 şəhəri xarici turistlərin sayı və onların xərclədiyi vəsaitlərin məbləği üzrə sıralayır. Banqkok ardıcıl olaraq dördüncü ildir ki, turistlərin ən çox üz tutduğu şəhərlərin siyahısına liderlik edir. Belə ki, 2018-ci ildə Tailandın paytaxtını 22,78 milyon turist ziyarət edib. 2019-cu ildə bu göstəricinin 3,34% artacağı proqnozlaşdırılır. Paris və London müvafiq olaraq ikinci və üçüncü pillələri tutublar. Hər iki şəhəri ötən il 19 milyondan çox insan ziyarət edib. Ən çox ziyarət olunan şəhərlərin siyahısında bütün şəhərlər üzrə turistlərin artımı müşahidə olunur. Bununla yanaşı, London onların arasında turist sayının ildən-ilə azaldığı yeganə şəhərdir. Böyük Britaniya paytaxtına turzim axınında hər il orta hesabla 4% azalma qeydə alınıb.
Turistlərin ən çox pul xərclədiyi şəhərlər siyahısına isə Dubay liderlik edir. 2018-ci ildə bu şəhərdə gecələmə şərti ilə qalan turistlər 30,83 milyard dollar, yaxud hər biri orta hesabla 553 dollar xərcləyiblər. Səudiyyə Ərəbistanın Məkkə şəhəri 20,09 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Banqkok bu siyahıda üçüncü yerlə kifayətlənir - 20,03 milyard dollar.
GDCI 2019 hesabatına görə turist axını ən çox Asiya-Sakit Okean regionuna olub. Bu region üzrə artım 10 ildə 9.4%-ə bərabərdir. Avropaya turist axını 5.5% təşkil edir ki, bu da qitəni ən çox ziyarət olunanlar siyahısında ikinci edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb
12.08.2020
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
12.08.2020
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
12.08.2020
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyatı banklara göndərilib
12.08.2020
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info