Azərbaycan şahmatçıları dünya kubokunda mübarizəyə başlayıblar
Tarix: 10.09.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Sentyabrın 10-da Xantı-Mansiyskdə Azərbaycan şahmatçılarının da mübarizə apardıqları dünya kubokuna start verilib. AZƏRTAC xəbər verir ki, şahmatçılar yarışlara 1/64 final mərhələsindən başlayıblar.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov Farer Adaları təmsilçisi Helgi Ziska, Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şankland, Arkadi Naidiç almaniyalı Niklas Huşenbet, Nicat Abasov isə Polşa təmsilçisi Perun Kasper ilə qarşılaşırlar. Reqlamentə əsasən, turnir dövrədən ibarət olmaqla nokaut sistemi üzrə keçirilir. Bu mərhələnin yekununda iki finalçı, həmçinin üçüncü yer uğrunda mübarizə aparacaq şahmatçılar müəyyənləşəcək. İlkin mərhələdə matçlar iki klassik partiyadan, əsas və təsəlliverici finallar isə dörd oyundan ibarət olacaq. Şahmatçılara ilk 40 gediş üçün 90 dəqiqə, daha sonra partiyanın sonunadək hər bir gedişə 30 saniyə əlavə edilməklə 30 dəqiqə vaxt verilir. Əgər matç heç-heçə başa çatacaqsa, onda qalibi müəyyən etmək üçün tay-breyk keçiriləcək. Şahmatçılar əvvəlcə rapid üzrə - 25 dəqiqəlik iki partiyada hər gedişə 10 saniyə əlavə edilməklə yarışacaqlar. Əgər bundan sonra qalibi müəyyən etmək mümkün olmazsa, o zaman nəticələri blitsə gətirib çıxaracaq hər biri 5 dəqiqə olmaqla daha iki partiya (10 dəqiqə+hər gedişə 10 saniyə) oynanılacaq. Blitsdə də heç-heçə qeydə alınarsa, rəqiblər armageddon oynayacaqlar. Ümumilikdə dünya kubokunda 128 şahmatçı iştirak edir. Rusiyanın aparıcı qrossmeysterləri Yan Nepomnyaşi, Aleksandr Qrişuk və Sergey Karyakin də turnirə qatılıblar. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Masallı karateçiləri XIV açıq ölkə birinciliyində 1 qızıl ,1 gümüş və 1 bürünc medal qazanıb
23.09.2019
İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info