“Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib
Tarix: 10.09.2019 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib.
Ali tədris müəssisəsində maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərn təşkil edildiyini bildirən İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov bugünkü seminarın Kərbəla hadisəsinə həsr olunduğunu söyləyərək, faciənin mahiyyəti haqqında fikirlərini bildirib. Ə.Niyazov qeyd edib ki, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn və onun yaxınlarının faciəvi şəkildə şəhid edilmələri müsəlmanların hər zaman ürəkağrısı ilə xatırlayacağı hadisədir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Kərbəla hadisəsinin tarixi haqqında geniş məlumat verib. Bütün müsəlmanların bu faciəni tarix boyu dərin kədərlə qarşıladıqlarını bildirib. V.Səmədov qeyd edib ki, Kərbəla hadisəsi özlüyündə düşmənə qarşı mübarizəni və vətən sevgisini təlqin edir. Bu gün ölkəmizin ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqların düşməndən azad olması üçün hər birimiz səfərbər olmalı, ölkə başçısının həyata keçirdiyi siyasətə öz töhfəmizi verməliyik.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Ödənişli təhsil alanlar üçün tədris proqramında dəyişiklik aparılmalıdır
23.09.2019
“İspaniyada təhsil alan azərbaycanlı tələbələrə pulsuz ispan dili tədris olunacaq“
23.09.2019
Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək
23.09.2019
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23.09.2019
Ekspertlərdən distant təhsil çağırışı: “Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info