Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
Tarix: 10.09.2019 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Ukrayna səfiri: “Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonunadək açılması planlaşdırılır”

“Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonunadək açılması planlaşdırılır”. Bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında deyib. Səfir qeyd edib ki, bu, təkcə ticarət əlaqələrini genişləndirmək üçün inteqrasiya edilmiş platforma yox, həm də iş adamları arasında əlaqələr qurulmasına imkan yaradan məsləhətləşmə meydanıdır. Diplomat həyata keçirilən layihələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Vladislav Kanevski vurğulayıb ki, Ukrayna Cənub Qaz Dəhlizi layihəsində iştirakı faydalı hesab edir. O, Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən enerji sahəsində getdikcə daha güclü oyunçuya çevrildiyini söyləyib. Səfir regional əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsi olduğunu qeyd edib. Mədəni, humanitar sahədə əməkdaşlığın əhəmiyyətindən söz açan səfir Bakıda Ukraynanın Bazar Günü Məktəbini açmaq, Azərbaycanda Ukrayna Kinosu Günləri keçirmək niyyətində olduqlarını bildirib. Səfir bildirib ki, Ukrayna və Azərbaycan arasında regional əməkdaşlıq turizmin inkişafına böyük töhfə verəcək. Onun sözlərinə görə, bu ilin sonunadək 50 minə yaxın ukraynalının Azərbaycana səfər edəcəyi gözlənilir: “Ukraynalılar Bakını görmək istəyirlər. Azərbaycanda görməli, gəzməli çox yer var: gözəl dağlar, isti dəniz. Bu səbəbdən də iki ölkə arasında hava uçuşlarının artırılmasını gözləyirik”. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Vladislav Kanevski Ukrayna və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Ukraynanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır. Ukrayna tərəfi rəsmi şəkildə dəfələrlə bəyan edib ki, bu məsələ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ölkə daha güclü və özünə əmin olmalıdır. Çünki dünyada güclülərə hörmət olunur. Biz Azərbaycanı çiçəklənən və stabil görmək istəyirik”.

Anar




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
4 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
5 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info