Ukrayna Milli Operasının solisti Bakıda çıxış edəcək
Tarix: 10.09.2019 | Saat: 23:32:00 | E-mail | Çapa göndər



Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Jizel partiyasını sənət ocağının balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək. Baleti professional səviyyəsini yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.
Səhnə əsərində, həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.
Balet teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatı laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info