Kremlin sözçüsü: “Vahid Rusiya“ partiyası olduqca uğurludur“
Tarix: 11.09.2019 | Saat: 09:48:00 | E-mail | Çapa göndər



Rusiya Federasiyasında həftə sonu keçirilən yerli seçkilərdə verilən səslərin sayımı əsasən başa çatıb.



Ölkənin 85 regionunda keçirilən 5 min müxtəlif səviyyədəki yerli seçkilərdə xalq 16 regionda qubernator, 22 regionda şəhər dumasını, 13 qanunverici məclisi, 3 bələdiyyə sədrini seçmək üçün seçki məntəqələrinə getdi.

Səsvermənin ilkin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən hər regiona görə açıqlandı.
Başda Sankt-Peterburq, Saxalinsk, Başqırdıstan olmaqla, ölkə miqyasında 16 fərqli regionda mövcud qubernatorlar, və ya mərkəzi hakimiyyət tərəfindən təyin olunan və Rusiya prezidenti Vladimir Putinin "Vahid Rusiya" partiyasının namizədləri qalib gəldi.
Digər regionlarda keçirilən yerli seçkilərin qalibi də iqtidardakı "Vahid Rusiya" partiyası oldu.
Bitərəf namizədlərin qeydiyyatının ləğv edilməsi səbəbindən günlərdir paytaxt Moskva küçələrində müxaliflərin etiraz aksiyasının ünvanı olan Moskava Şəhər Dumasında bütün seçki bülletenləri açıldı.
Beş il əvvəlki seçkilərdə 21,04 faiz seçici fəallığının müşahidə olunduğu Moskava Şəhər Dumasında bu seçkilərdə də iştirak nisbəti çox dəyişməydi, 21,77 faiz oldu.
İlkin nəticələrə görə, şəhər dumasındakı 45 yerin 25-ni prezidenti Vladimir Putinin "Vahid Rusiya" partiyasının dəstəklədiyi bitərəf namizədlər qazanaraq əksəriyyət əldə ediblər. Biri bitərəf olmaqla, cəmi 20 nəfər isə müxalifət namizədi seçilib.
Qeyd edək ki, əvvəlki seçkilərdə "Vahid Rusiya" partiyası Moskva Şəhər Dumasında 28 yer qazanmışdı.
Kremlin sözçüsü Dmitri Peskov seçkilərdə "Vahid Rusiya" partiyasının ölkə miqyasında lider olduğunu bildirərək: "Bütövlükdə qiymətləndirdikdə, "Vahid Rusiya" partiyası olduqca uğurludur" ifadələrini işlətdi.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qolos Armenii”: “Paşinyanın komandası ona saxta rəqəmlər verir”
16.09.2019
İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16.09.2019
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
16.09.2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info