Özünüməşğulluq proqramı üzrə yeni peşəkar təlimçilərin hazırlanmasına başlanılıb
Tarix: 11.09.2019 | Saat: 11:03:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə növbəti “Təlimçilərin təlimi” proqramına başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi təlimçilərə olan tələbatı da artırıb. Bununla əlaqədar növbəti proqram yeni peşəkar təlimçilərin hazırlanmasına xidmət edir. Proqram çərçivəsində ilk təlim Gəncə şəhərinin Kəpəz rayon Məşğulluq Mərkəzində təşkil olunub. BƏT-in “Öz Biznesinə Başla və Təkmilləşdir” proqramı əsasında keçirilən təlimdə Gəncə şəhəri də daxil olmaqla 13 şəhər və rayondan olan təlimçilər iştirak edir. Onlara BƏT-in baş təlimçisi tərəfindən təlimçilik bacarıqları və biznes planın hazırlanması metodikası tədris olunur.
Növbəti həftədən etibarən təlimçilərin təlimi proqramı digər şəhər və rayonlarda da davam etdiriləcək.
Qeyd edək ki, son iki ildə BƏT ilə əməkdaşlıq çərçivəsində 142 təlimçi hazırlanıb və hazırda onlardan 75 nəfəri proqram iştirakçılarına zəruri bilik və bacarıqlar tədris edir.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info