Adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunub
Tarix: 11.09.2019 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.
Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.
Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Tovuzda mikroavtobusun iştirakı ilə baş vermiş qəzada ölənlərin sayı artıb
23.10.2019
Yunanıstan sularında gəmi qayıqla toqquşdu
23.10.2019
İndoneziyanın sahillərində 5.4 bal gücündə zəlzələ baş verib
22.10.2019
Saatlıda minik avtomobili yanıb
22.10.2019
Vanuatuda 6.4 bal gücündə zəlzələ baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info