Direktorlar məktəb daxilində neqativ halların aşkar edilməsini xüsusi diqqətdə saxlamalıdırlar
Tarix: 11.09.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


Növbəti tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilkin olaraq müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
C.Bayramov, həmçinin tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47 930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan nazir bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran C.Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.

Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.
C.Bayramov qeyd edib ki, 2003-2018-ci illərdə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb, iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.
Nazir, eyni zamanda qeyd edib ki, şagirdlərin sağlam böyüməsi, fiziki və mənəvi inkişafı, düzgün dəyərlərin formalaşdırılması ən vacib istiqamətlərdəndir:
"Bu baxımdan Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir. Hesab edirik ki, məktəb rəhbərləri təhsil müəssisəsi daxilində istənilən neqativ halların aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar. 2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik".




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
UNEC-lə Paşa Bank əməkdaşlıq edəcək
29.01.2020
Tarix İnstitutu ilə Milli Kitabxana arasında müqavilə bağlandı
29.01.2020
ÜGT rəsmisi Gömrük Akademiyasında olub
29.01.2020
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29.01.2020
BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
2 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
3 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
4 Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
5 Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info