“O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”
Tarix: 11.09.2019 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Təəssüf ki, xaricdə fəaliyyət göstərərək Azərbaycandakı siyasi proseslərdə yaxından iştirak etmək cəhdlərində olan şəxslər peyda olub.
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa"da deyib.
Ə.Əhmədov bildirib ki, həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar: “İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də bu fəaliyyəti göstərmək üçün, hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”.
İcra katibi vurğulayıb ki, ayrı-ayrı dövrlərdə xarici emissarların Azərbaycanda keçirilən mitinqlər, küçə yürüşlərini nə dərəcədə yaxından izlədikləri və yaxud hansısa formada yönəltdiyi ilə bağlı kifayət qədər misallar gətirmək mümkündür: "Hakimiyyət iddiasında olan bütün siyasi partiyalar ilk növbədə milli maraqlardan çıxış edərək siyasi proseslərin iştirakçısı olmalıdır və hər hansı kənar qüvvənin siyasi proseslərə müdaxilə etməsinə imkan verməməlidirlər. Biz bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardığı çirkli təbliğat kampaniyasına qarşı qəti sözümüzü deməyi bacarmalıyıq. Bu mənada bugünkü tədbiri xüsusi qiymətləndirmək istəyirəm".




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18.01.2020
Ermənistan silkələndi: Ard-arda iki zəlzələ
18.01.2020
Bakıda yeznə qayınanası tərəfindən döyülüb
17.01.2020
İstirahət günlərinin hava proqnozu - Yağış, qar...
17.01.2020
Azərbaycanda beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info