ADPU və Rusiya Dövlət Professional-Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
Tarix: 11.09.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Dövlət Professional-Pedaqoji Universitetinin (RDPPU) rektoru, pedaqoji elmlər doktoru, professor Yevgeni Doroşkin ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər.
Görüşdə rektor Cəfər Cəfərov ADPU haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, yaranma tarixi baxımından ADPU ölkəmizin ikinci qədim universiteti, struktur, professor-müəllim və tələbə heyəti tərəfindən baxımından isə üçüncü ən böyük universitetidir. ADPU-nun 8 fakültəsi, 32 kafedrası var. Universitetdə 18 minə yaxın tələbə təhsil alır. 3 il bundan öncə Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-nun fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Biz Rusiya, Türkiyə, Avropa universitetləri və digər regionların universitetləri ilə əlaqələri genişləndirməyə çalışırıq.
RDPPU-nun rektoru, professor Yevgeni Doroşkin də öz növbəsində bu ali təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu, strukturu, tədris və elmi-tədqiqat fəaliyyəti, elmi nəşrləri haqqında haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin tərkibində 5 institut, 1 kollec, doktorantura və aspirantura şöbələri, 4 filial var. Universitetdə müxtəlif sahələr üzrə hazırlanan mütəxəssislərin peşə hazırlığı ilə yanaşı, psixoloji hazırlığına da xüsusi diqqət yetirilir.
Sonra ADPU və RDPPU arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda ADPU və RDPPU arasında humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçiriməsi, hər iki tərəf üçün maraq kəsb edən birgə elmi konfransların, simpozium və seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, o cümlədən professor-müəllim, aspirant və tələbə mübadiləsi, yay və qış dil məktəblərinin təşkili, informasiya, elmi nəşrlərin və tədris-metodiki ədəbiyyatın mübadiləsi öz əksini tapıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
3 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
4 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
5 Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info