Daha bir amerikalı mütəxəssis ADPU-da fəaliyyətə başladı
Tarix: 11.09.2019 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ADPU-da fəaliyyətə başlayan Richard Schlight ilə görüşüb. Görüşdə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, rektorun müşaviri Ümid Mehdiyev iştirak ediblər.
Rektor universitet haqqında ümumi məlumat verərək ADPU-nun dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə daha keyfiyyətli nəticələr əldə olunması istiqamətində görülən bir sıra əhəmiyyətli işlərdən bəhs edib. ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə, həmçinin Fulbrayt proqramı çərçivəsində ADPU-da mütəxəssislərin fəaliyyəti barədə də qonağa ətraflı məlumat verib.
Mütəxəssis öz növbəsində fəaliyyəti müddətində universitetin professor-müəllim, həmçinin tələbə heyəti ilə sıx əməkdaşlıq çərçivəsində mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Richard Schlightin ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ADPU-da fəaliyyəti müddətində ingilis dili müəllimlərinin dərslərində müşahidələr apararaq onların kommunikativ tədris bacarıqları və tələbəyönümlü fəaliyyətləri haqqında məlumatların toplanması, eyni zamanda onlara müəyyən məsləhətlərin verilməsi, eləcə də, “İngilis dili müəllimliyi” ixtisasının II-IV tədris ili tələbələrinin dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, “English Language Fellow” İngilis dili təqaüdü proqramı ingilis dilinin digər dildə danışan insanlara tədrisi və ya ingilis dilinin xarici dil kimi tədrisi sahələrində yüksək ixtisaslaşmış ABŞ tədrisçilərinin dünyanın müxtəlif hissələrinin akademik qurumlarında 10 aylıq müddəti əhatə edən fəaliyyəti üçün nəzərdə tutulmuş təqaüd proqramıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info