Argentina şirkətləri Azərbaycandakı sənaye parkları və aqroparklara cəlb ediləcək
Tarix: 11.09.2019 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Argentinanın Azərbaycandakı Səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycanla Argentina arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əməkdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın müqavilə-hüquq bazası mövcuddur. Ticarət və iqtisadi əməkdaşlıq, vergi məlumatlarının mübadiləsi, elmi, texnoloji tədqiqat və innovasiya sahələrində, gömrük işi, texniki əməkdaşlıq və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin iqtisadi imkanlarını, qeyri-neft məhsullarının istehsalı və aqrar sahədə əməkdaşlıq potensialını vurğulayıb, argentinalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin təşkilinə dəvət edib.
Argentinanın Azərbaycandakı Səfiri Serxio Osvaldo Perez Qunella Azərbaycan-Argentina iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını qeyd edib, Argentinanın biznes imkanlarına dair məlumat verib, argentinalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiklərini diqqətə çatdırıb.
Görüşdə Azərbaycandakı sənaye parklarında və aqroparklarda Argentina şirkətlərinin iştirakı, sənaye, kənd təsərrüfatı, əczaçılıq, ticarət və s. sahələr əməkdaşlığın genişləndirilməsi və birgə lahiyələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info