Tramp Həsən Ruhani ilə görüşmək istədiyini bir daha bəyan edib
Tarix: 11.09.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp bir daha İran Prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini bildirib. AZƏRTAC-ın məlumatına görə, ötən gün Ağ evin qarşısında jurnalistlərin suallarını cavablandıran D.Tramp bəyan edib ki, Prezident H.Ruhani ilə görüşməsi üçün heç bir problem yoxdur.
Bundan əvvəl D.Trampın özü və dövlət katibi Maykl Pompeo bildirmişdilər ki, rəsmi Vaşinqton İran ilə yenidən danışıqlara başlamaq niyyətindədir. Dövlət katibi ABC News kanalına müsahibəsində demişdir ki, Prezident D.Tramp Həsən Ruhani ilə görüşmək istəyir. Maraqlı məqam ondan ibarətdir ki, dünən D.Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı saksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdikdən sonra H.Ruhani ilə görüşmək istədiyini bildirib. İran mətbuatı qeyd edir ki, ABŞ Prezidenti sanksiyaların əks səmərə verdiyini başa düşərək C.Boltonu istefaya göndərib və İrana qarşı xoş məramlı addım ataraq danışıqlara başlamaq niyyətini ortaya qoyub. Rəsmi Tehran ABŞ Prezidentinin bəyanatına münasibət bildirməyib. Lakin İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxti Rəvanç bildirib ki, rəsmi Tehran ağır sanksiyalar şəraitində danışıqlar aparmayacaq. Xatırladaq ki, sentyabrın 17-dən 26-na kimi Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası keçiriləcək. İranın Prezident administrasiyasından bildiriblər ki, Prezident Həsən Ruhani bu toplantıya qatılmaq üçün Nyu-Yorka gedəcək.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qolos Armenii”: “Paşinyanın komandası ona saxta rəqəmlər verir”
16.09.2019
İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16.09.2019
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
16.09.2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info