Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq
Tarix: 11.09.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovun başçılığı ilə Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə rəqəmsal reklam qurğularının Azərbaycanda istehsal sahəsinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.
Bu məqsədlə şirkət ölkəmizə ilkin mərhələdə 3 milyon dollar dəyərində investisiya yatırmaq niyyətindədir. Azərbaycanda müvafiq istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına gətirib çıxaracaqdır.
Müəssisənin ilk istehsalı gələn ilə planlaşdırılır. Reklam bazarının dinamik inkişafı fonunda regionda bu tip istehsal sahəsinin olmaması mövcud sahəyə investisiya qoyuluşunu labüd edir.
Qeyd edək ki, Çinin Led monitorlar istehsal edən “Shenzhen GCL Electronics CO LTD” şirkəti dünyada məşhur layihələri ilə - 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kuboku və Şanxayda baş tutan EXPO sərgisi, 2014-cü ildə reallaşan Çin-Asiya EXPO sərgisi, eləcə də 2015-ci ildə Milan-da təşkil edilən EXPO sərgisini həyata keçirməklə tanınır. Şirkət indiyədək dünya miqyasında 10000-dən artıq LED monitor layihələrini uğurla tamamlayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Aİİ-nin kafedra müdiri Beynəlxalq Elmi Konfransda çıxış edib
16.10.2019
Hulusi Kılıçdan təqdirəlayiq addım!
15.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15.10.2019
Nazir müavini: “Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar”
15.10.2019
BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info