Paşinyanın sonrakı taleyi Amulsarla bağlıdır
Tarix: 11.09.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Cermuq şəhər sakinləri Paşinyana Amulsar məsələsində konkret qərar qəbul etmək üçün 20 sentyabra qədər vaxt verdiklərini bildiriblər

«Amulsar mədənində qızıl hasilatının ətraf mühitə zərər verməyəcəyi barədə ekspert rəyi alınana qədər iş başlaya bilməz». Xatırladaq ki, yuxarıda deyilənləri qərar kimi bir müddət bundan əvvəl Ermənistan hökuməti qəbul etmişdi. Lakin bu qərardan bir müddət sonra Paşinyan ekspert rəyini belə, gözləmədən Amulsar yatağında qızıl hasilatının ölkənin maraqlarına uyğun olduğunu və ətraf mühitə heç bir zərər verməyəcəyi barədə bəyanatla çıxış edərək bu istiqamətdə ilk addımlar atmağa çalışmışdı.
Əslində, bir sıra erməni mediası ilə yanaşı, erməni siyasətçiləri də «Lydian Armenia» şirkəti tərəfindən qızıl mədəninin istismarını Paşinyan hökumətinin onun növbəti uğursuzluğu kimi qiymətləndirirdilər. Məsələ bundadır ki, layihənin həyata keçirilməsinin, təkcə ölkə daxilində deyil, həm də Ermənistanın xarici siyasətinə də təsirsiz ötüşə bilmyəcəyini çoxları anlamağa başlamışdı.
«Amulsar əməliyyatının izahı Cermuq sakinləri və ya geniş ictimaiyyət üçün qəbuledilməzdirsə, bunun həlli çox sadədir….». Bu fikirləri Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputat Hovik Aqazaryan erməni jurnalistlərinə verdiyi açıqlamada bildirib. Aqazaryanın fikrincə, hazırda Amulsar yatağında qızıl hasilatının başlamasına cavab olaraq, yerli əhalinin hökumətə etimad göstərilməməsi ilə bağlı referendum, o cümlədən növbədənkənar seçkilərin keçirməsi də mümkündür.
Bir daha xatırladaq ki, erməni ekoloqlar Amulsar qızıl mədəninin istismarının bölgə üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyinə, Cermuqdakı mineral su mənbələri ilə yanaşı, Sevan gölü üçün də dağıdıcı nəticələrə səbəb olacağını bildirirlər. Onu da bildirək ki, Cermuq şəhərindən 13 km məsafədə yerləşən Amulsar qızıl yatağı Ermənistanda ən böyük qızıl yataqlarından biridir. Əslində, yatağın məhz indi istismara başlamasını Paşinyan hökumətinin qarşılaşdığı iqtisadi çətinliklərlə də əlaqələndirmək olar. Məsələ bundadır ki, bu yataqda 40-70 ton təmiz qızılın olduğu ehtimal olunur ki, bu da Paşinyan hakimiyyətinin müəyyən müddət ayaqda qalmasına yardımçı ola bilər. Amma ermənilərin, xüsusilə Cermuq sakinlərinin Paşinyan hökumətinə dirəniş göstərməsi, təbii ki, nə Nikolu nə də onun ətrafını qane etmir. Qeyd edilməlidir ki, bir neçə gün bundan əvvəl Cermuq şəhər sakinləri erməni baş nazirin qızıl yatağına magistral yolun açılmasına dair çağırışına narazılıq nümayiş etdiriblər. Onlar Paşinyana Amulsar məsələsində konkret qərarlar qəbul etmək, yaranmış qeyri-müəyyən vəziyyəti aradan qaldırmaq üçün 20 sentyabra qədər vaxt verdiklərini bildiriblər.
Haşiyə çıxaraq qeyd etməliyik ki, hazırda Amulsar qızıl yatağı ilə bağlı yaranmış problem təkcə Paşinyanın şəxsiyyəti ilə əlaqədar deyil. Amma fakt budur ki, hadisələrin belə inkişafı artıq ölkədəki sosial həmrəylik ideyasına son qoymaq üzrədir. Doğrudur, bütün bunlar, yəni Nikolun baş nazir kimi son davranışları artıq onun ölkədə ictimai birlik yaratmaq təşəbbüsünün üstündan də xətt çəkməkdədir. Ötən il hökumətin fəaliyyət xüsusiyyətlərini təhlil etməyə çalışdığını bildirən ermənilərin «Panorama.am» saytı iki əsas yanaşmaya diqqət yetirdiyini bildirir: qısamüddətli qərarlar qəbul etmək və statistik manipulyasiya. Amulsarın ideoloji iflası və düzgün qərar verə bilməmək, məhz bu iki yanaşmanın nəticəsidir.
…Və sonda qeyd edək ki, əgər bu gün Ermənistanda qızıl yağtağı ilə bağlı daxili narazılıqlar ölkədəki ekoloji problemlərlə əsaslandırılırsa, xarici siyasətdəki narazılıqlar isə Qərb investisiyasının ölkəyə cəlb edilməsi və bununla da Ermənistanda Rusiya sərmayəsinin sıxışdırılması ilə əlaqələndirilir. Məsələ burasındadır ki, ABŞ-a məxsus «Lydian Armenia» şirkətinə Amulsar yatağının işlənməsinin verilməsi Rusiya şirkətlərinin sıxışdırılması fonunda baş verir.Belə ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya şirkətlərinin sıxışdırılması faktları peyda oldu. Məsələn, Cənubi Qafqaz Dəmir Yolunda (Ermənistan dəmir yolları Rusiyanın nəzarətindədir) yoxlamalar başladı.Beləliklə, Amulsar məsələsi sıradan bir hadisə deyil, həm də Ermənistanın xarici siyasət istiqamətinin dəyişməsinə işarə olan bir hadisədir.Əgər bu məsələdə ABŞ üstələsə, Ermənistan-Rusiya münasibətlərində növbəti gərginləşmənin şahidi olacağıq.Hətta iddia etmək mümkündür ki, Paşinyanın sonrakı taleyi Amulsarla bağlıdır.
Ağasəf Babayev









 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Paşinyan mühafizə xidmətinin rəisini işdən çıxardı
23.10.2019
Әfqanıstan XİN rәhbәri istefa verib
23.10.2019
Erməniləri qorxudan nədir?
23.10.2019
Rusiya YPQ/PKK-ya xәbәrdarlıq edib
23.10.2019
Россия списала странам Африки долг на $20 миллиардов

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info