Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır
Tarix: 11.09.2019 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.
AGF-nin vitse-prezidenti A.Həsənov bildirib ki, çempionata hazırlıq işləri yüksək səviyyədə gedir: “Sentyabr ayının 16-dan 22-ə kimi Bakıda bədii gimnasika üzrə 37-ci dünya çempionatı keçiriləcək. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. İlk dəfə Azərbaycanda 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatı keçirilib. İlk dəfə idi ki, Olimpiya idman növləri içərisində belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilmişdi. O vaxtdan sonra biz dəfələrlə Avropa çempionatları, dünya kuboku yarışları keçirmişik və müəyyən təcrübə toplamışıq”.

A.Həsənov vurğulayıb ki, Bakıda keçirilən bu dünya çempionatına böyük maraq var: “Çempionatda 61 ölkə iştirak edir. Biletlərin satışına gəlincə, onların 45 faizi xaricdən alınıb. İnanıram ki, yarışları izləyən tamaşaçılar bizim komandaya dəstək olacaq. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm. Əsas hədəfimiz lisenziya qazanmaqdır. Bilirsiniz ki, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Bu baxımdan bizim üçün çox vacibdir”.
Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.
62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.
İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“Qarabağ“la oyundan sonra gülən mən olacağam“
23.10.2019
İranlı cüdoçular bütün yarışlardan kənarlaşdırıldılar
23.10.2019
“Barcelona“ “Atletico“ ilə barışdı
23.10.2019
XXI əsrin ən yaxşı futbolçusu seçildi
23.10.2019
“Qalatasaray“ “Real“a uduzdu, “Yuventus“ və PSJ-dən qələbə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info