“Arvadıma sataşıb“ deyib bağban ev sahibini balta ilə öldürdü
Tarix: 11.09.2019 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə proses başa çatıb.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, R.İlyasov 18 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib.
Hadisə yerini tərk edən R.İlyasov daha sonra polisə zəng edərək qətl törətdiyini, ən qısa zamanda öz xoşu ilə bölməyə gələrək təslim olacağını söyləyib. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman R.İlyasov orada olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan R.İlyasov dindirilən zaman S.Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, S.Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.
Hüquq-mühafizə orqanı əməkdaşları R.İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq bu ifadənin inandırıcı səslənmədiyini bildiriblər. R.İlyasovla həyat yoldaşı arasında böyük yaş fərqi də suallar yaradıb.
R.İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, R.İlyasov daha əvvəl də adamöldürməyə görə məhkum edilib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Kolumbiyada təyyarə qəzaya uğrayıb
16.09.2019
Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var
15.09.2019
Hindistanda turistlərin olduğu qayığın aşması nəticəsində 12 nəfər ölüb
15.09.2019
ABŞ-da atışma nəticəsində bir nəfər həlak olub
14.09.2019
İranda 66 milyonluq qaçaq mal aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info