Məktəblərdə şagirdlər üçün konkret menyular tətbiq olunacaq
Tarix: 27.08.2013 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə həsr olunan “Təhsil və tərbiyə alanların sağlamlığının etibarlı qorunması və möhkəmləndirilməsində keyfiyyət amili” mövzusunda
konfrans keçirilib.

Tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev çıxış edərək bildirib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında təhlükəsizlik təmin olunmalıdır. Qeyd olunub ki, elə bu standartın tətbiqində də əsas məqsəd uşaqların sağlamlığını qorumaqdır. “Azyaşlıların qidalanmasının optimallaşdırılmasında dövlət nəzarətinin rolu” mövzusunda çıxış edən xidmətin şöbə müdiri Mənsim Babayev isə bildirib ki, sentyabrın 2-dən etibarən onlar məktəblərdə monitorinqlər aparacaqlar. Bundan sonra konkret menyular tətbiq olunacaq və onun tətbiqinə nəzarət ediləcək. Məktəblərdə şagirdlərə təklif olunan qidalardan nümunələr götürülüb yoxlanılacaq. Komitənin xidmət rəisi Əbülfət İmanov jurnalistlərə açıqlamasında bildirib ki, təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartının tətbiqinə sentyabrın 2-dən başlanacaq. Bu standartların tətbiqinin əsas məqsədi məktəblərdə göstərilən iaşə xidmətinin günün tələblərinə cavab verəcək şəkildə yerinə yetirilməsidir: “Qəbul olunan bu standartın bütün tələbləri yerlərdə mütəxəssislərimiz tərəfindən həyata keçiriləcək. Standartın tələbləri çox sərtdir və bu tələblərə sərt şəkildə də nəzarət ediləcək. Ən əsası da baytarlıq nəzarətindən keçməyən ət və digər kənd təsərrüfatı məhsullarının istifadəsi qadağan edilib”. Xidmət rəisi onu da əlavə edib ki, onlar Ədliyyə Nazirliyindən rəsmi qaydada reyestrdən çıxış aldıqdan sonra yoxlamaları həyata keçirirlər: “Nəzarət tədbirləri müəssisələrdə əsasən, bir ildən bir keçirilir. Lakin buna baxmayaraq şikayətlər daxil olduqda, həmin müəssisədə yoxlamanın nə zaman aparılmasından asılı olmayaraq, biz reyestrdən çıxarış alıb orada yoxlamalar aparırıq. Yoxlamalar standartda göstərilən şərtlərin yerinə yetirilmədiyi hallarda həyata keçirilir”. Ə. İmanovun sözlərinə görə, müəssisələrdə qidaların standartlara uyğun olmamasından narazı qalan şəxslər komitəyə və komitənin regionlardakı nəzarət idarələrinə müraciət edə bilərlər. Həmin müraciətlər əsasında dərhal müvafiq tədbirlər görüləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info