Dərmanı su ilə için - yoxsa...
Tarix: 11.09.2019 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər. Belə ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır.
Medicina.az bildirir ki, Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri "Amerika Kimya Dərnəyi"nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olundu. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulandı.
Kanadanın Qərbi Ontario Universitetindən David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan istifadə edən sağlam qrup üzərində araşdırıblar. İştirakçıların bəziləri həmin dərmanlardan birini su ilə, digərləri isə qreypfrut şirəsi ilə qəbul ediblər. Şirə ilə içilən dərman orqanizmə qismən, su ilə qəbul edilən dərman isə tam təsir göstərib.
Aparılan kliniki təcrübələr göstərdi ki, qreypfrutun tərkibində olan bir maddə bir sıra dərmanların bədənə sorulmasını təmin edən CYP3A4 fermentinin təsirini azaldır, hətta bəzən preparatın zəhərli təsir göstərməsinə gətirib çıxarır.
Araşdırmalarının nəticələrini açıqlayan alimlər bildirdilər ki, xərçəng, ürək-damar xəstəlikləri, infeksion xəstəliklər zamanı istifadə olunan, həmçinin orqan köçürülməsi əməliyyatlarından sonra bədənin yeni orqanı rədd etməməsi üçün qəbul edilən dərmanlar meyvə şirələri ilə içilməməlidir.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Soğan qabıqları ilə unikal müalicə -VİDEO
03.07.2020
Mütəxəssisdən xəbərdarlıq: Antibiotiklərdən yanlış istifadə xərçəng yarada bilir
30.06.2020
Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq
29.06.2020
“Gün gələcək, dünyamızı COVİD-19 adlanan böyük bəladan qurtaracağıq”
28.06.2020
ÜST koronaviruslu xəstələrin müalicəsində deksametazondan istifadəyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 Ev şəraitində Xan kababı-VIDEO
5 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info