“Dorian” qasırğası Baham adalarında 2500 nəfərin itkin düşməsinə səbəb olub
Tarix: 12.09.2019 | Saat: 01:38:00 | E-mail | Çapa göndər



Baham adalarında “Dorian” qasırğasından sonra təxminən 2,5 min insan itkin düşmüş hesab olunur.

Anadolu agentliyinin məlumatına görə, bu barədə Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyinin nümayəndəsi Karl Smit keçirdiyi mətbuat konfransında bildirib.
Hazırda Bahamda axtarış-xilasetmə işləri davam edir. Qasırğa nəticəsində həyatını itirənlərin sayı 50-yə çatsa da, bu rəqəmin artacağı gözlənilir.
Agentliyinin nümayəndəsi bildirib ki, qasırğanın ən təsirli olduğu iki adadan bu günə qədər 5 min adam təxliyə edilib, təxminən 7 min adam isə təxliyə ediləcəyini gözləyir.
Dəymiş ziyanın hesablanması üçün BMT tərəfindən Baham adalarına mütəxəssislər göndərilib. Mütəxəssislərin açıqlamalarına görə, hazırda 70 min insanın təcili yardıma ehtiyacı var.
Qeyd edək ki, qasırğa sentyabrın 1-də arxipelaqda ciddi fəsadlara yol açıb. Adalarda 13 minə yaxın bina zədələnib və ya dağılıb, geniş ərazilər su altında qalıb.




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
Serbiyada hökumǝt ǝleyhinǝ etiraz aksiyaları keçirilir
11.07.2020
Srebrenitsa soyqırımından 25 il ötür
11.07.2020
İraqın şimalında 8 terrorçu da zǝrǝrsizlǝşdirilib
11.07.2020
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11.07.2020
‘‘Ayasofyanın qapısı hәr kәs üçün açıq olacaq’’

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info