İranda qadın futbol azarkeşi özünə qəsd edib
Tarix: 12.09.2019 | Saat: 08:31:00 | E-mail | Çapa göndər



İranda futbol azarkeşi 29 yaşlı Səhər Xudayarinin özünə qəsd edərək ölməsi Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) etirazına səbəb olub.

AZƏRTAC xəbər verir ki, federasiya rəhbərliyi İran hökumətinə məktub yazaraq qadınların stadionlara buraxılmaması haqqında qanunun aradan qaldırılmasını tələb edib. Məktubda bildirilir ki, bu qadağa aradan qalxmasa İranın Milli Futbol Federasiyasına qarşı sanksiya tətbiq olunacaq.
Xatırladaq ki, cari ilin mart ayında Tehranın “İstiqlal” komandasının oyununu seyr etmək üçün “Azadi” stadionuna daxil olmağa cəhd edən S. Xudayari həbs edilmişdi. Girov müqabilində azadlığa çıxan qadın azarkeş sentyabrın 1-də dini məhkəmə tərəfindən cəzaya məruz qaldığını öyrəndikdən sonra özünü yandırmışdı. Xəstəxanaya çatdırılan S. Xudayari həkimlərin səyinə baxmayaraq sentyabrın 10-da vəfat edib.
Məsələyə münasibət bildirən İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Ləya Cüneydi qeyd edib ki, İranda qanun qadınların stadiona getməsini qadağan etmir. O nəzərə çatdırıb ki, prezident Həsən Ruhani bu problemi həll etmək üçün səylər göstərir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranda qadınların stadiona getməsi qanunla qadağan edilməyib. Lakin dini elita qadınların kişilərlə birlikdə futbol oyunlarını izləməsini haram hesab edir və bunu onunla əsaslandırırlar ki, futbol oyununu izləyərkən hisslərini saxlaya bilməyən kişilər emosiyaya qapılır və söyüş söyürlər. Qadınların isə söyüş eşitməsi islam əxlaqına ziddir. Buna görə də qadınlar stadionlara buraxılmır.




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
NATO Türkiyənin alyansa dəstəyini əks etdirən klip hazırlayıb
20.02.2020
“Mən Tanrıyam“ yazılı maşın nömrəsinin istifadəsinə icazə verilmədi, amma sonra...
20.02.2020
Dünyanın ən iri heyvanının sayı kəskin artıb
20.02.2020
Türkiyədə on yaşlı uşaq son beş ayda 250 kitab oxuyub
19.02.2020
Ölümdən sonra həyat var?

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info