Tarix İnstitutu Bolqarıstanın Şumen Universiteti ilə müqavilə bağlayacaq
Tarix: 12.09.2019 | Saat: 12:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Qeorqiyevlə görüşüb.
Tarix İnstitutundan verilən məlumata görə, görüşdə Biser Qeorqiyev Şumen Universitetinin institutla elmi əməkdaşlıq əlaqələri qurmaq istədiyini bildirib. Bolqar alim deyib ki, Şumen Universitetinin humanitar elmlər fakültəsinin Elmi Şurasında Tarix İnstitutu ilə əməkdaşlıq təklifi səsə qoyulub və qəbul edilib. Yaqub Mahmudov bildirib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Azərbaycanın elmi əlaqələrində Bolqarıstan xüsusi yer tutur”. Görüşdə Tarix İnstitutu ilə Şumen Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Tarix İnstitutunda və Şumen Universitetində Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması qərara alınıb. Bu mərkəzlərdə iki ölkə arasındakı əlaqələrin tarixi qədimdən müasir dövrədək, o cümlədən Bolqarıstanın erkən orta əsrlər tarixi və Bulqar türk dövlətinin türk dünyasındakı yeri araşdırılacaq. Yaqub Mahmudov qonağa görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı barədə ətraflı məlumat verib: “10 ildən çoxdur ki, “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub”. Görüşün sonunda Yaqub Mahmudov Şumen Universitetinə Tarix İnstitutunun rus dilindəki nəşrlərini - “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib. Xatırladaq ki, bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı 2017-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb
10.07.2020
BMU-da onlayn “Məzun günü” keçirilib- VIDEO
10.07.2020
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
10.07.2020
Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir
10.07.2020
“Microsoft” şirkəti Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info