Qulu Novruzov: “Akademiyaya tələbə qəbulu ikiqat artıb”
Tarix: 12.09.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına 2019/2020-ci tədris ili üzrə tələbə qəbulu ikiqat artıb. Bu sözləri Akademiyanın rəisi Qulu Novruzov deyib. Akademiya rəisi bildirib ki, 2014/2015-ci tədris ilində Akademiyaya ilk dəfə tələbə qəbulu həyata keçirilib və həmin il “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 22 nəfər olmaqla, ümumilikdə 44 nəfər tələbə qəbul olub.
“2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 44, o cümlədən bu tədris ilindən başlayaraq ilk dəfə tələbə qəbulu aparılan yeni yaradılmış “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 22 yer ayrılıb. Beləliklə, bu il Akademiyaya qəbul ikiqat artırılaraq I kurs tələbələrinin sayı 120 nəfərə çatıb. Bununla yanaşı, 2019/2020-ci tədris ilində Akademiyanın ilk dəfə olaraq magistratura pilləsinə də qəbul aparılıb. Magistratura pilləsinə qəbul “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisasları üzrə həyata keçirilib” – deyə o, qeyd edib.
“İnformasiya təhlükəsizliyi” ixtisası ilə bağlı danışan Qulu Novruzov diqqətə çatdırıb ki, gömrük orqanlarında elektron xidmətin tətbiqi, sistemin elektronlaşması bu ixtisasa yiyələnmiş peşəkar kadrlara ehtiyacı zəruri edir. “Bu ehtiyacı qarşılamaq məqsədilə Akademiya gömrük orqanlarında çalışmaq üçün peşəkar kadr hazırlığını həyata keçirir” – deyə Akademiya rəisi vurğulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Ödənişli təhsil alanlar üçün tədris proqramında dəyişiklik aparılmalıdır
23.09.2019
“İspaniyada təhsil alan azərbaycanlı tələbələrə pulsuz ispan dili tədris olunacaq“
23.09.2019
Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək
23.09.2019
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23.09.2019
Ekspertlərdən distant təhsil çağırışı: “Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info