Masallı rayonunda ənənəvi xeyriyyə aksiyası
Tarix: 12.09.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


12 sentyabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında ənənəvi xeyriyyə akçsiyası keçirilmişdir. Qeyd edək ki, bu dəfəki xeyriyyə aksiyasında ehtiyaclı ailələrdən olan məktəblilərə yeni 2019-2020 - ci tədris ili ilə əlaqədar təzə geyim, qiymətli hədiyyə, "Masallı düyüsü" verilməsi hədəf olmuşdur.
Xeyirxah insanların, iş adamlarının əlbirliyi ilə Masallı rayonu üzrə ümumiyyətlə, 500-ə qədər məktəblinin ehtiyacını təmin etmək nəzərdə tutulmuşdur. Və bu məqsədə nail olunmmuşdur. 20 ailədən çox 50 uşaqla, onların valideynləri ilə görüşmək üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, jurnalistlər bir araya gəlmişlər.
Bu gün uşaqlarla, onların valideynləri ilə görüşən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov demişdir ki, yeni dərs ili hər şagirdin həyatında əlamətdar hadisədir. Söhbət təkcə şagirdin yaxşı geyinməsindən getmir, həmçinin cəmiyyətdə hər uşağın oxuyub savadlı olması əsas şərtdir. Bu gün onlara kömək olunursa, sabah bu xeyirxahlığı onlar digərləri üçün edəcək.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı görüş iştirakçıları olan şagirdlərə gələcəkdə onlara belə oxumağı tövsiyə edib bildirdi ki, sizin sevinciniz mənim də sevincimdir. Yaxşı oxuyun, valideynlərinizə köməkçi olun, bilikli tərpənin. Hökmən deyil ki, ali təhsil alasınız. Amma, bilikli olun. Müasir həyat Sizin hər birinizdən bunu tələb edir. Valideynlər isə öz növbələrində uşaqlarının dərslərində otursunlar, onların təlim-tərbiyəsi, bilikləri necə mənimsəməsi ilə məşğul olsunlar, maraqlansınlar. Yeni dərs ilində hər birinizə yalnız yaxşı oxumağı, bilikli olmağı arzu edirəm!
50 uşağa geyimlər, pul hədiyyəsi, Masallının istehsalı olan düyü məhsulu hədiyyə verildi.
Valideynlərdən - Çaxırlı kəndindən Gülnaz Xəlilova, Hişkədərə kəndindən Aysel Məmmədova və başqaları qayğıya göprə rayon rəhbərinə minnətdarlıq etdilər. Valideynlər və onların məktəbli uşaqları ölkəmizdə gənc nəslə qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və onun xanımı, Birinci vitse - prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə etdilər.
Axırda xatirə şəkilləri çəkilmişdir.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
aş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
24.09.2020
Millət vəkili və icra başçısı imtiyazlı ailələrə baş çəkdi
24.09.2020
Azərbaycanda ilk olan layihənin icrasına başlanılıb - Artıq tikinti işləri gedir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info