Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib
Tarix: 12.09.2019 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerikdə sahibkarlarlığın güzəştli kreditləşdirilməsinə dair keçirilən işgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən “Palitranews.az”a bildirilib ki, bu kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və sair sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq. Tədbir çərçivəsində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin alınması qaydaları barədə məlumat verilib, Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, kartofçuluq, arıçılıq, cins heyvandarlıq təsərrüfatının və meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlər barədə danışan S.Məmmədov bu ilin ötən dövründə ümumi dəyəri 404,8 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3500-dək yeni iş yerinin açılmasına imkan yaratdığını bildirib. Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 125,7 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit ayrılmış turizm kompleksinə baxış keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
3 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
4 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
5 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info