İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi KOBİA-da təqdimat edib
Tarix: 12.09.2019 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq əməkdaşlar üçün təqdimat keçirilib. Tədbirin keçirilməsində məqsəd KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işinə daha yaxından cəlb edilməsidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Mehman Abbas tədbiri açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün əlverili şərait yaranıb: “KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsilsilçiliyi bu sahədə aparılan islahatlara daha yaxından töhfə vermək imkanı yaradacaqdır.”
İİTKM-in analitiki Nərmin Kazımlı işçi qruplarında təmsil olunan 14 nümayəndəyə Komissiyanın işi və Azranking.az portalı barədə ətraflı məlumatlar təqdim edib. Həmçinin ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın tərkibində təmsil olunan işçi qruplarının fəaliyyəti barədə məlumat verilib, işçi qruplarının səmərəli fəaliyyətinin, onlar tərəfindən irəli sürüləcək təklif və təşəbbüslərin ölkədə sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb. Eyni zamanda, İşçi Qruplarının 2019-cu ilin ikinci yarım illiyi üzrə təsdiq edilmiş “İcra və Kommunikaisya Planları”nda KOBİA nümayəndələri ilə birgə fəaliyyətin təmin edilməsi tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.
N.Kazımlı həmçinin Portalın funksionallığı, eyni zamanda “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı Agentliyin nümayəndələrinə ətraflı məlumatlar təqdim edib. Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətinin rəqəmsal təşkili üçün yaradılıb. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Təqdimatın sonunda işçi qruplara cəlb ediləcəck əməkdaşların təklif və fikirləri qeydə alınıb, həmçinin yaranan suallar cavablandırlıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
3 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
4 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
5 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info