Aqroparklar kənd təsərrüfatı məhsullarının istehsalını və ixrac potensialını artırır
Tarix: 12.09.2019 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı sektoru, insanları ehtiyacı olan ərzaqla təmin edir. Hazırda kənd təsərrüfatı məhsulları, əvvəlki məhsullara nisbətən yüksək səviyyəli, müasir texnologiyaya malik maşın və alətlər vasitəsilə istehsal edilir. Digər tərəfdən ekoloji vəziyyət, şəhərləşmə, əhali sayı, gəlir artımı və artan qlobal rəqabət kimi dünyadakı əsas meyillər kənd təsərrüfatında islahatlara və böyük dəyişikliklərə əsas yaradır. Bu meyillər müstəqil əkinçilik (Agro) - müəssisələrin əməkdaşlıq edərək bir araya gəldikləri güclü kənd təsərrüfatı birliklərinin meydana gəlməsini təşviq edir. Bu baxımdan, kənd təsərrüfatı birlikləri və ya aqroparklar sayəsində bir çox müəssisə, istehsal etdiyi kənd təsərrüfatı məhsullarını heç bir vasitəçi olmadan birbaşa qlobal bazarlara ixrac edir. Bu gün dünyada kənd təsərrüfatının inkişafı aqroparkların yaradılmasını sürətləndirib. Aqropark adı altında, fərqli sektorlardan fərdi və kollektiv fayda əldə edən, ekoloji performans və iqtisadi gücü artıran bir çox müəssisə bir araya gəlməkdədir.
Bu gün qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılması istiqamətində işlər davam edir. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bir sözlə, aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Ölkədə 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Hazırkı nəticələrə görə, artıq iyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 mlrd. manat əlavə investisiya qoyulacaq. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq.

“Yalama Aqropark”da ay ərzində 600 ton süd, 50 tona yaxın diri çəkidə ət istehsal olunur

Hazırda fəaliyyətdə olan aqroparklardan biri kimi “Yalama Aqropark”ın fəaliyyətə başlamasının üç ili tamam olur. Bu illər ərzində “Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. Hazırda müəssisədə gündəlik süd istehsalı 18-20 ton təşkil edir. Aylıq göstərici isə 600 tona yaxındır. Bir ay ərzində diri çəkidə ət istehsalı isə 40-50 ton arasında dəyişir.
Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı üç il ərzində 3 min başa çatdırılıb. Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır. Bu heyvanlarda südün keyfiyyəti göstəricilərinə görə digər cinslərdən fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq olunur. Stabil keyfiyyətli süd istehsalı ölkəmizin süd məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
Qarşıya qoyulan tapşırığa uyğun olaraq “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun İstisu qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar sahə uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Bununla da müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb.
Əkin dövriyyəsinə cəlb edilən yeni ərazidə daxili drenaj və kollektor sistemləri təmizlənib, suvarma kanalları bərpa edilib. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmin olunması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Meliorasiya və Su Təsərrüfatı İdarəsi ilə birgə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layihələndirmə işləri görülüb. Hazırda suvarma kanallarının çəkilişi və tutumu 50 min kubmetr olan 2 ədəd su hovuzunun tikintisi davam edir. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün “Valley”, “Reinke” və “Lindsay” kimi məşhur şirkətlər ilə layihələndirmə işləri aparılır.
“Yalama Aqropark”da 240 başlıq yeni tövlənin tikintisi də yekunlaşdırılıb. Bu da təsərrüfatdakı heyvanların sayını daha da artırmağa imkan verir. Bununla yanaşı, təsərrüfatda ümumi tutumu 10 min ton olan 3 silos quyusu tikilib, yem tədarükü və emalının tələbata uyğun formada təmini üçün taxıl saxlama bunkeri quraşdırılıb. Qarşıdakı aylarda “Yalama Aqropark”da daha iki tövlə tikiləcək.
İdxaldan asılılığı azaltmaq üçün aqroparkda hər il soya bitkisinin əkini aparılır, taxıl və qarğıdalı əkini sahələri genişləndirilir.
Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.
Beləliklə, bu gün ölkədə kənd təsərrüfatının prioritet olduğu bir vaxtda aqroparkların sayının getdikcə artması ixrac potensialını daha da artırmağa imkan verəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni saziş üzərində işləyir
23.09.2019
Azərbaycan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır
23.09.2019
Əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib
23.09.2019
Quba–Qusar–Alpay–Kürkün–Susay yolunun tikintisinə 13,4 milyon manat ayrılıb
23.09.2019
3 yaşlı “ABAD” - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info