“Lənkəranda çox sakit ictimai-siyasi durum var”
Tarix: 27.08.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Lənkəranda guya aranın qarışdığı barədə tamamilə yalan informasiya yayılıb”. Bu barədə açıqlamanı “Azadinform”a Lənkəran Şəhər İcra Hakimiyyətindən veriblər.
Məlumatda bildirilir ki, əslində Lənkəranda çox sakit ictimai-siyasi durum, işgüzar ab-hava hökm sürür: “Hər yerdə təmizlik, abadlıq-quruculuq işləri davam edir. Şəhərdə yeni su-kanalizasiya, qəsəbə və kəndlərdə qaz xətləri çəkilir, küçələr asfaltlanır, müasir işıqlandırıcılar quraşdırılır. Lənkəran şəhərinin inkişafı və əhalinin rahatlığı naminə görülən bu işləri sakinlərin böyük razılıqla qarşıladığı və bu işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdikləri halda, görəsən, söhbət hansı araqarışmadan gedir? Əlbəttə, heç bir araqarışmadan söhbət gedə bilməz. Söhbət yalnız çirkin niyyətli insanların məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etmələrindən gedə bilər. Çünki bu adamlar dərin düşüncəyə malik olmadıqlarından bu cür çızma-qara yalan yazılarla kimləri isə qorxudub istədiklərini almağa çalışırlar. Məqsədlərinə nail olmadıqda isə qeyri-etik ifadələrdən istifadə edirlər”.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info