Qazaxıstanla ticarət artacaq
Tarix: 14.09.2019 | Saat: 00:26:00 | E-mail | Çapa göndər



Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Qərbi Qazaxıstan vilayətinə səfər edən Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov yerli aparıcı şirkətlərdə olub.
Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində keçirilən “Digital inwest” beynəlxalq forumunda iştirak edən R.Məmmədov Azərbaycanda elektron hökumət texnologiyaların, innovativ həllərin tətbiqi, ölkəmizin brendlərinə çevrilmiş “ASAN” və “DOST” mərkəzlərinin nümunəvi təcrübəsi barədə danışaraq əhalinin dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığını qeyd edib.
Qərbi Qazaxıstan vilayəti Uralsk şəhərinin qubernatoru Abat Şınıbekov ilə görüşən səfir ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qardaşlaşmış şəhərlər arasında əlaqələrin inkişafı, qarşılıqlı mədəni tədbirlərin keçirilməsi haqqında sazişin imzalanması, Uralsk şəhərinin iqtisadi və investisiya potensialı, habelə birgə mədəniyyət tədbirləri və digər aktual mövzular müzakirə edilib.
Səfər çərçivəsində “Ataməkan” Regional Sahibkarlar Palatasının direktoru Bakdaulet İbraimov ilə görüşdə iqtisadi əlaqələrin inkişafı, Azərbaycan və Qazaxıstan iş adamlarının iştirak edə biləcəyi investisiya layihələri müzakirə olunub, iki ölkə arasında ticarətin inkişaf imkanları nəzərdən keçirilib.
Qərbi Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafının perspektivləri, bu bölgədə reallaşdırılan iqtisadi layihələr, vilayət qubernatorunun Azərbaycana səfərinin reallaşdırılması, bu bölgənin iş adamları ilə Azərbaycan-Qazaxıstan biznes forumunun təşkil olunması məsələləri haqqında da danışılıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir
22.10.2019
Prezident İlham Əliyev Putinə başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info