Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
Tarix: 14.09.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər



Qazaxıstanın qərb vilayətində Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Etnik-Mədəniyyət Mərkəzi tərəfindən inşa ediləcək park “Jangir xan” və “Azərbaycan” küçələrinin kəsişməsində yerləşəcək.
Təməli Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qərbi Qazaxıstan vilayətinin akimi (qubernatoru) Qali İskaliyev tərəfindən qoyulan parkın tikintisi gələn həftədən başlayacaq.
Mərasimdə çıxış edənlər Azərbaycan cəmiyyətinin Uralskın və bütövlükdə bölgənin inkişafı üçün bir çox işlər gördüyünü, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyini və gələcəkdə öz bəhrəsini verəcəyini deyiblər.
Parkda iki xatirə abidəsi qurulacaq. Bunlardan biri təməli ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq abidəsi, digər isə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə abidəsidir.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev 1911-ci ildə “Qazaxıstan” qəzetinin nəşrində yaranan çətinliyi aradan qaldırmaq üçün maddi yardım göstərib.
Abidələr azərbaycanlı memar tərəfindən hazırlanacaq. Parkın gələn ilin may ayında istifadəyə verilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info